Xalq artisti OD PÜSKÜRDÜ: “Azərpaşa Nemətovun yaxasından yapışıb, onu…” – QALMAQAL+ÖZƏL

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Zemfira Nərimanova hələ də çalışdığı teatrda heç bir tamaşada oynamadığını deyib. Hansı ki, beş ay öncə bizimlə söhbətində aktrisa gözləmə mövqeyində olduğunu və nəticə olmayacağı təqdirdə susmayacağını demişdi.

Yeniçağ.az-a açıqlama verən Z. Nərimanova qəzəbini boğa bilməyib:

“Mən hələ də nəticəni gözləyirəm. Noyabrda sizə dedim ki, gözləyirəm, amma hələ də xəbər-ətər yoxdur. Elə indi də eyni sözü təkrar edirəm, teatrda heç bir tamaşada oynamıram. Bu, mənim problemim deyil, teatrın baş rejissoru fikirləşməlidir ki, mənim aktyorum, aktrisam niyə rolsuz qalıb. Mən gedib Azərpaşa Nemətovun yaxasından yapışıb, onu məcbur edə bilmərəm ki, mənə rol ver. Bu sualı heç vaxt onun özünə də vermirəm, ümumiyyətlə, mənim o adamla münasibətim “salam-sağ ol” səviyyəsindədir. Yenə gözləyirəm və cavabıma gəlincə yazın ki, “üç nöqtə”. Mən başlasam dava olacaq.”.

Aktrisa jurnalistləri də tənqid atəşinə tutub: “Siz jurnalistlər bir dəfə teatrın rəhbərinə sual vermisinizmi ki, filan aktrisalar niyə tamaşada oynamır?”

Qeyd edək ki, teatrın keçmiş direktor İsrafil İsrafilovun rəhbərliyi dövründə tamaşalara dəvət almayan Zemfira Nərimanova yeni direktordan da eyni münasibəti görüb. Onun fəaliyyəti dövründə heç bir tamaşada rol almayıb. Xatırladaq ki, bundan əvvəlki açıqlamasında aktrisa A.Nemətovun teatrda ancaq öz tələbələri üçün yaşıl işıq yandırdığını deyib.

Cəvahir Səlimqızı
Yeniçağ.az