!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti OD PÜSKÜRDÜ: “Məni on dəfə boşatdırıblar”

!Reklam – Yazi

“Bundan sonra boş-boşuna efirlərə çıxmayacam, sənətimlə bağlı hansısa yenilik olarsa, dəvətləri qəbul edəcəm. Yoxsa ki, “sənətdən danışacağıq” deyib, adama başqa suallar verirlər. Mənim sənətim varsa, niyə şəxsi həyatımla gündəmə gəlməliyəm ki?”

Bu sözləri Yeniçağ.az-a açıqlamasında xalq artisti Gülyanaq Məmmədova deyib. Efirlərdən gileylənən sənətçi bu şəkildə reklamın əleyhinə olduğunu dedi:

“Verilişə dəvət edirlər, sənətim qalır bir tərəfdə bacımla, həyat yoldaşımla aramızdakı münasibətlərdən danışırlar. Dəfələrlə soruşublar ki, Gülyazla aranız niyə soyuqdur, camaat elə biləcək ki, doğrudan da biz bacımla bir-birimizi qırırıq. Keçən dəfə bir verilişdə soruşurlar ki, niyə o biri bacılarınızı oxumağa qoymursunuz, qarşısını kəsirsiniz? Əsəbiləşirəm, bacım bizdən yaşca böyükdür, artıq nəvəsi var, bundan sonra onun səhnəyə, efirə çıxan vaxtıdır? Oturub evində ailəsi ilə məşğuldur, biz ona mane olmamışıq ki… Şəxsi həyatımla da bağlı dəfələrlə məni ərimdən on dəfə boşatdırıblar, yenidən barışdırıblar. Buna görə də söz vermişəm, belə gündəmlər mənə lazım deyil. Şükür Allaha, sənətimiz bizə bəs edir”.

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv