Xalq artisti ölkəni həmişəlik tərk etdi – Video – EKSKLÜZİV

Uzun müddətdir ki, Türkiyədə qızının yanında yaşayan xalq artisti, tanınmış aktrisa Kubra Əliyeva Azərbaycana qayıdıb.

Yenicag.az-a açıqlama verən aktrisa yenidən geri qayıdacağını deyib:

“Azərbaycana əzizlərimi görmək üçün gəldim. Nəvələrimlə görüşdüm. Sabah Gəncəyə – valideynlərimin, qardaşlarımın qəbrini ziyarət etmək üçün gedəcəm. Sonra yenidən Türkiyəyə qayıdacam. Artıq Bodrumun Milas şəhərində ev almışam, qızımla, nəvəmlə orda yaşayacam. Oranın havası mənə düşür, özümü razhat hiss edirəm. Ara-sıra Azərbaycana da gələcəm”.

Aktrisa səhhəti ilə bağlı bunları deyib:

“Özümü yaxşı hiss edirəm, amma mütəmadi olaraq, müayinələrə gedirəm. 7 ildir ki, bu xəstəliklə mübarizə aparıram. Hələ ki, babatam, hər şey Allahın əlindədir. Nə vaxta qədər ömür yazıbsa, o vaxta qədər yaşayacam”.

Xalq artisti səhnəyə qayıtmayacağını da deyib:

“42 il səhnədə can qoydum, indi xəstəliyimlə bağlı səhnəyə çıxmıram. Heç səhnəyə çıxmaq fikrim də yoxdur, çünki səhhətimi qorumalıyam, indi o halda deyiləm. Onu da deyim ki, Bakıda sənət dostum Telman Əliyevin və gözəl sənətkarımız Qəndab Quliyevanın ölüm xəbərini eşidib, çox sarsıldım”.

Qeyd edək ki, Kubra Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkir.

Cəvahir
Yenicag.az

COP29