Xalq artisti: “Qanı görən kimi ürəyim getdi”

Xalq artisti Zümrüd Məmmədova plastik əməliyyatlara münasibətindən danışıb.

Yenicag.az-a açıqlama verən sənətçi heç vaxt əməliyyat etdirmədiyini bildirib:

“Müğənnilər plastik əməliyyat etdirir, özləri bilər. Amma mən heç vaxt əməliyyat etdirməmişəm. Buna ehtiyac da görmürəm. Çünki anam da, atam da zahirən gözəl olublar. Mən də onlara oxşamışam. Dodaqlarım, burnum, qaşım özümündür. Bədənimə gəlincə, son vaxtlar bir az çəki almışam, amma bunu özümə dərd etmirəm. Plastik əməliyyatdan çox qorxuram. Asəf Zeynallı adına Musiqi Kollecində oxuduğum vaxtlar paralel olaraq Tibb Kollecində də təhsil alırdım. O vaxt tələbələrlə birgə xəstəxanaların birində təcrübə keçirdik. Öd kisəsindən əməliyyat olunan bir nəfəri gördüm. Təsəvvür edin, qan görən kimi qorxudan ürəyim getdi. O vaxtdan bəri əməliyyatlardan qorxuram”.

Xalq artisti az-az görünməsinin səbəblərini də açıqlayıb:

“Mən şou adamı deyiləm ki, hər verilişə çıxım. Özümə hörmət edən müğənniyəm. Nəyimə lazımdır, hansısa şou verilişə çıxım, mənə yaraşmayan sual versinlər və indiyə qədər qazandığım hörmət-izzəti yerə vurum. Özümü hansı verilişdə görürəmsə, ora da gedirəm. Yaradıcılıq işləri ilə məşğulam. İstər Azərbaycanda, istərsə də xaricdə konsertlər verib, musiqimizi təbliğ edirəm. Şou, qalmaqal, dedi-qodu nəyimə lazımdır? Edənlər də özləri bilər. Hər kəs özünə cavabdehdir”.

Cəvahir

COP29