Xalq artisti: “Qisas alındı, qələbə bizimdir…”

“Qarabağ Azərbaycandır. Qisas alındı, qələbə bizimdir…”

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış sənətçi Xalq artisti Simarə İmanova deyib.

Xanəndə Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən bir hissə paylaşıb və təəssüratlarını ifadə edib:

“Var olsun, müstəqil Azərbaycan, var olsun, Müzəffər Ali Baş Komandan! Var olsun, Azərbaycan əsgəri. Allah şəhidlərimizə rəhmət eləsin. Yaralı hərbçilərimiz tezliklə sağlıqlarına qovuşsunlar. Allah ordumuzu və əsgərlərimizi qorusun. Qarabağ Azərbaycandır. Qisas alındı, qələbə bizimdir”.

Cəvahir