Xalq artisti reanimasiyaya yerləşdirildi

Rusiyanın xalq artisti, aktyor Valeriy Qaralkin reanimasiyaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, 63 yaşlı aktyorun qızı açıqlamasında atasına “ağciyər iltihabı” diaqnozu qoyulduğunu deyib. Hazırda onun həyati təhlükəsinin olmadığı, lakin vəziyyətinin kritik olaraq qaldığını bildirilib.

Qeyd edək ki, Valeriy Qaralkin “Детки напрокат”, “Ширли-Мырли”,  “Дом кувырком”, “Моя прекрасная няня” və s. seriallarda rol alıb.