Xalq artisti seriallara niyə ÇƏKİLMİR? – Aktrisa səbəbləri AÇIQLADI

“Elə güclü ssenari olsun ki, mən bunları düşünməyim”.

Bu sözləri Xalq artisti, tanınmış aktrisa Səidə Quliyeva Yenicag.az- açıqlamasında deyib.

Aktrisa “Niyə yerli seriallara çəkilmirsiniz” sualını cavablandırıb və səbəbləri açıqlayıb:

“Seriallara çəkilməməyimin bir neçə səbəbi var. Ən birincisi, ssenarilər məni qane etmir. Yaxşı ssenari, yaxşı rejissor və güclü tərəf müqabili istəyirəm. Bunlar olan yerdə, əlbəttə, çəkilərəm. Allah qismət edər, məni qane edən belə bir seriala dəvət alsam, çəkilərəm. Rejim də mənim üçün çox önəmlidir. Çünki indiki cavanlar serialları gah gecə çəkir, gah gündüz. Yəni rejim məni qane etmir. Bu baxımdan da seriala çəkilməyin çətinlikləri var. İndiyə qədər heç vaxt özümü, sağlamlığımı, canımı düşünməmişəm. Amma indi düşünürəm. Elə güclü ssenari olsun ki, mən bunları düşünməyim. Bir də yüksək qonorar. Yüksək qonorar verilsə, tərəf müqabillərim güclü olsa, çəkiliş meydançasında hər cür şərait yaradılsa, əlbəttə, seriallara çəkilərəm”.

Cəvahir