!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Sevgi bütün qıfılların açarıdır” - FOTO

!Reklam – Yazi

“Mənim anlamımda yola vermək, yelə vermək deməkdir. Buna görə də ömrümün bir anını belə yola verməmişəm, hamısını yaşamışam”.

Bunu Yenicag.az-a doğum gününün təəssüratlarını bölüşərkən tanınmış aktrisa, Xalq artisti Xalidə Quliyeva deyib.

Aktrisa rəqəmlərin onun üçün heç bir əhəmiyyət daşımadığını bildirib:

“Mənim üçün hər an əhəmiyyət daşıyır. Yəni yaşadıqlarım daha əhmiyyətlidir, nəinki rəqəmlər. Sözsüz ki, həyatın acısı da olur, şirini də. Həyatda düşdüyün hər hansı vəziyyətdən asılı olmayaraq, şükür etməyi bacarmalısan. Mən də Allah verən hər anıma, hər günümə şükür etmişəm”.

Xalq artisti xanımlara hər zaman pozitiv və səbrli olmağı da məsləhət görüb:

“Xanımlara ilk növbədə səbrli, təmkinli olmağı məsləhət görürəm. 30 il əvvəl problem hesab etdiyin 30 il sonra sənə problem kimi görünmür. Fikirləşirəm ki, kaş ki, mən də zamanında belə düşünəydim. Amma bunlar hamısı zamanla gəlir. Kişilər pozitiv qadınları sevir, “dır-dır” edən xanımlardan qaçır. Sevgi bütün qıfılların açarıdır. Onsuz da qadın ailənin 90 faiz yükünü çiyinlərində daşıyır. Bu yük çox ağırdır. Bir var bu yükü “dır-dır” edə-edə daşıyasan, bir də var gülə-gülə, sevgi ilə. Onda yük də sənə ağır gəlmir. Mən də həmişə çalışmışam bu yükü yarıyolda qoymayım, mənzil başına çatdırım. Bunu sevgi ilə etmişəm”.

Cəvahir

www.yenicag.az

789
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv