Xalq artisti Səyavuş Aslana məxsus materiallar Tarix Muzeyinə verilib

Teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslana məxsus olan üç əşya Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələrin elmi fondu şöbəsinə təqdim edilib.

Bu barədə Yenicag.az-a AMEA-dan məlumat verilib.

Nümunələrdən biri S.Aslanın anadan olmasının 50 illiyi münasibətilə 1985-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə ona verilən Fəxri fərman, digəri isə müstəqillik dövründə Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən verilmiş fəxri nişanlardır.