!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti TƏŞVİŞ İÇİNDƏ: "Belə getsə, yayı görməyəcəyik"

!Reklam – Yazi

“Belə getsə, yayı görməyəcəyik”.

Yenicag.az xəbər verir ki, bunu xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimov karantin qaydalarına əməl etmədiyi üçün, koronavirusa yoluxanların sayının artmasından narahatlığını ifadə edərkən deyib.

Xanəndə, marketlərdə sosial məsafəyə və gigiyenik tələblərə əməl olunmadığını təəssüf hissi ilə bildirib:

“Marketə getmişdim, məndən başqa maska taxan yox idi. Hətta mənim maska taxmağıma təəccüblənirdilər. Sosial məsafə gözlənilmir, insanlarda bu qədər arxayınlaşma var. Başa düşürəm hava gözəldi, yazdı, amma biz qaydalara əməl etməliyik ki, bu virus tez qurtarsın, normal həyatımıza qayıdaq, havaya çıxaq. Amma belə getsə, yayı görməyəcəyik, çünki yoluxmanın sayı ikiqat artıb. Vəziyyət ona doğru gedir ki, qaydalar sərtləşdiriləcək.

Ayyarımdır ki, yaşı 65-dən yuxarı olan insanlar evdən bayıra çıxa bilmir. Biz qaydalara əməl edək ki, onların da halına yanaq, çıxmasına şərait yaradaq. Onların hava almağa daha çox ehtiyacları var”.

Cəvahir

www.yenicag.az

1173
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv