Xalq artisti, tanınmış müğənni Bilal Əliyev digər həmkarlarından fərqli olaraq, toyların keçirilməsinin təxirə salınmasından o qədər də narahat deyil.
Yenicag.az xəbər verir ki, xanəndənin tək istəyi dünyanı ağuşuna alan koronavirus pandemiyasından xilas olmaqdır. Xalq artisti hesab edir ki, bunun üçün səbrli olmaq və qoyulan qadağalara əməl etmək lazımdır:
“Toya, yasa, və yaxud da, digər kütləvi tədbirlərə gedib, sonradan ölümə məhkum olunmaqdansa, evlərimizdə oturub, bir tikə çörəyimizi bölüşdürüb yemək daha yaxşıdır. Çünki belə yerlər koronavirusun yayılmasında böyük rol oynayır. Səbrli olub, gözləmək lazımdır. Burdan da bütün insanlara çağırış edib deyirəm ki, qanun-qaydalara əməl edək, sosial məsafəni gözləyək. Tibbi maskalardan istifadə edib, qaydalara əməl etsək, bu bəlanı məhv edib, əvvəlkindən də yaxşı yaşayarıq”.
Cəvahir