!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti Xaçmazda

!Reklam – Yazi

14190708245226810286_750x500

Dekabrın 20-də Azərbaycanın Xalq Artisti Gülyanaq Məmmədovanın ifa etdiyi “Xaçmazım” mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçirilib.

Klip ictimaiyyətə adəti üzrə paytaxtda deyil, Xaçmaz şəhərində təqdim olunub.

Təqdimatda klipin yaradıcı heyəti, sənətçinin dostları və media nümayəndələri iştirak ediblər.

Mahnının sözləri şair Vahid Əzizə, musiqisi Tahir Əkbərə məxsusdur.

Xaçmaz şəhərinin görməli yerlərində lentə alınan klipin rejissoru Dəyanət Rzayevdir.

Klipdə yer alan səhnələr rayonun tarixi abidələri, diqqət çəkən tikililəri və istirahət məkanlarında çəkilib.

Xalq Artisti bildirib ki, bu, mənim ilk klip təqdimatımdır. Yaradıcı heyətinin işindən razı qaldığını bildirən Gülyanaq Məmmədova Xaçmaz rayonunun gözəlliklərini vəsf edən musiqini sevə-sevə ifa etdiyini bildirdi.

Klipin rejissoru Dəyanət Rzayev çəkiliş prosesində məkan seçimi zamanı çox vaxt itirilmədiyini qeyd edib. O, Xaçmaz şəhərinin abad görkəmi ilə klipə vizual baxımdan bir sıra özəlliklər qatdığını vurğulayıb.

Daha sonra klip tədbir iştirakçılarına təqdim olunub.

(azertag.az)

14190708243613963187_750x500

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv