!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

72 yaşlı xalq artisti xanımından danışdı: “Təzə-təzə sevişirik”

!Reklam – Yazi

Xalq artisti, tanınmış aktyor Yasin Qarayevin doğum günüdür.

72 yaşını tamamlayan aktyor Yenicag.az-a açıqlamasında təəssüratlarını paylaşıb:

“Səhərdən telefon zənglərinin ardı-arası kəsilmir. Bir aktyor üçün bundan böyük xoşbəxtlik olarmı? Bayaq bir restoran müdiri zəng etdi ki, Yasin müəllim, gənclik illərimdən sizin fanatınızam, doğum günü olduğunuzu bura gələn sənət dostlarınızdan eşitdim. Xalq artisti Tariyel Qasımov, çalışdığım teatrın digər sənətkarları sən demə restoranda qonaqlıqda imiş. Müdir dedi ki, Yasin müəllim sizin şərəfinizə bu gün onlardan hesab almayacam. Məni də dəvət etdi ki, ürəyin nə qədər istəyir, dostlarını götür, gəl, ye-iç, doğum gününü qeyd elə, hesab mənlikdir”.

Aktyor xanımının ona ən böyük Tanrı hədiyyəsi olduğunu da bildirdi:

“Mən Allahdan hədiyyəmi çoxdan almışam. Allahın mənə ən böyük hədiyyəsi xanımımdır. Yarım əsrə yaxındır ki, ömr sürürük, hələ bir dəfə də olsun məni peşman etməyib. Aktyorun həyat yoldaşı olmaq çətin işdir, gərək onun nazıyla uşaq kimi oynayasan. Xanımım da belə olub. Elə bilirəm onunla dünən tanış olub, nişanlanıb, evlənmişəm. Hərdən zarafatla deyirəm ki, hələ təzə-təzə sevişirik”.

Cəvahir

www.yenicag.az

1806
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv