!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti xanımından danışdı: "Əsəbləşmişəm, hirsli olmuşam..." - Video

!Reklam – Yazi

Xalq artisti, tanınmış aktyor Yasin Qarayev şəxsi həyatından danışıb.

Yenicag.az-a açıqlama verən aktyor bu illər ərzində həyat yoldaşının hər zaman ona dəstək olduğunu deyib:

“50 ilə yaxındır ki, həyat yoldaşımla bir damın altında yaşayıram. Oğlumun 43 yaşı var. Xanımım həmişə məni başa düşüb, dəstək olub. Bəzən əsəbiləşmişəm, hirsli olmuşam, amma xanımım odun üstünə su səpib. Ailə şahmat kimidir, bu oyunda uda da bilərsən, uduza da. İnsan gərək insana köklənə. Bu illər ərzində biz bir-birimizə elə köklənmişik ki, inşallah bundan sonra da bərabər olarıq”.

Xalq artisti heç vaxt xanımının onu səhnədəki tərəf-müqabillərinə qısqanmadığını da deyib:

“Çox anlayışlı olub və heç vaxt məni səhnədəki tərəf müqabillərimə, yaxud da pərəstişkarlarıma qısqanmayıb. Zarafatla hiss etdirib ki, hünəri var, səni mənim əlimdən alsın. Misal üçün deyirəm ha, bunu heç vaxt açıq şəkildə deməyib də. Qızıl insandır. Özü də məşhur qadındır. Şəmsiyyə Qarayeva 25 il Azərbaycan Dövlət Radiosunda diktor işləyib”.

Cəvahir
Yeniçag.az

www.yenicag.az

1349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv