!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Xaricdə səsləndirdiyim anonsa görə bir konsertin qonorarını almışam”

!Reklam – Yazi

“Efirlərə çıxanda deyirəm ki, mən ağsaqqalam, geyinirəm, səsimi qoruyuram, benzin vururam, musiqiçilər əziyyət çəkir, geyim alır, bunun əvəzində qonorar vermək lazımdır” – Xalq artisti Alim Qasımovun səsləndirdiyi bu fikir hələ də müzakirə olunmaqdadır. Bəzi sənət adamları onun fikri ilə razılaşsalar da, bu gün Azərbaycanda belə bir ənənənin olmadığını bildiriblər.

Yenicag.az-a açıqlama verən Xalq artisti, tanınmış xanəndə Zabit Nəbizadə belə bir ənənənin sovetlər dönəmində olduğunu xatırladıb:

“Alim Qasımovdan bu sözü 15 il əvvəl eşitmişəm. İndi bu barədə açıqlamasından xəbərim yoxdur. Düz deyir, haqlıdır. Mən özüm dəfələrlə xarici ölkələrdə konsertlər vermişəm. Xaricdə konsertin reklamı üçün səsləndirdiyim anonsa görə bir konsertin qonorarını almışam. Mənə Türkiyədə, Belçikada, Hollandiya və digər ölkələrdə yaxşı qonorar ödənilib, min bərəkət. Bu, sənət adamına verilən dəyərdir. Əslində, sovetlər dönəmində qonorar var idi. İndi belə şey yoxdur. Çoxu özəl kanallardır. Durub onların heç birindən, hətta Dövlət Televiziyasından qonorar tələb edə bilmərəm. Tələb edəcəm, Zabiti yox, başqa bir müğənnini çağıracaqlar. Əlbəttə ki, qonorar olsa, yaxşı olardı. Olmasa da, nə deyə bilərik ki… Mən sosial mediada bir neçə müğənninin, o cümlədən Xatirə İslamın qonorarla bağlı tələbini eşitmişdim. Xatirə dedi, qonorar ödənməsə, efirə çıxmayacam. Dedi də, elədi də. Mən onu son vaxtlar efirlərdə görmürəm”.

Cəvahir

www.yenicag.az

566
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv