Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Bəsti Cəfərova koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a onun qızı Fidan Cəfərova məlumat verib.

Onun sözlərinə görə, anasının iki gün öncə verdiyi koronavirus testinin nəticəsi pozitiv çıxıb: “Altı gün idi özünü narahat hiss edirdi, hərarət, halsızlıq var idi. Bu gün cavab pozitiv çıxandan sonra “Yeni Klinika”ya yerləşdirdik. Mən özüm də test vermişəm, amma cavabım hələ ki çıxmayıb”.