!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti YENİ TƏYİNATLAR BARƏDƏ: “Bizə ümid etmək qalır”

!Reklam – Yazi

“Ümid edək ki, istər kino, istərsə də teatr və incəsənətin digər sahələri üzrə yeniliklərin şahidi olacağıq. Bizə ümid etmək qalır…”

Bunu Mədəniyyət Nazirliyində yeni təyinatlarla bağlı fikirlərini bölüşərkən tanınmış aktrisa, Xalq artisti Xalidə Quliyeva Yenicag.az açıqlamasında deyib.

Aktrisa yaxın zamanlarda bu təyinatın kino və teatr, ümumilikdə mədəniyyət sahəsinə öz müsbət təsirini göstərəcəyinə ümid etdiyini bildirib:

“Yeni təyinatla bağlı xəbəri mən də saytlardan və sosial şəbəkələrdən izlədim. Yeni rəhbər təyin olunan şəxs mədəniyyət və incəsənət adamıdır. Şəxsən özünü tanımıram. Nazirliyin şöbələrində də müəyyən dəyişikliklər olundu. Ümid edirəm ki, sabah hər sahədə, istər kino, istər teatr, istərsə də incəsənətin digər sahələrində daha yaxşı olacaq. Bizim işimiz yalnız ümid etməyə qalıb. Əslində, bu gün Nazirliyin diqqəti daha çox işğaldan azad edilmiş bölgələrimizdə dağıdılmış, viran qoyulmuş mədəni irsimizin nümunələrinin bərpa edilməsindədir. İş həddən artıq çoxdur. Amma kinomuz, teatrımız üçün uğurlu il olacağına ümid edirəm. Qarşıdan kinostudiyanın, milli kinomuzun yubileyləri gəlir. Gənc Tamaşaçılar Teatrının da bu il yubileyi olacaq. Allah vəzifəyə təyin olunan həmin insanlara kömək olsun, bütün bu işləri görməyə gücləri çatsın”.

Qeyd edək ki, ötən gün Mədəniyyət Nazirliyinə yeni təyinatlar olub. Nazirliyin Aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov təyin edilib. Digər əmrlə Cahangir Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviç müşavir vəzifələrinə gətirilib.

Cəvahir

www.yenicag.az

591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv