!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti yıxıb-sürüdü: “Soyunur, sonra da yarım milyonluq "Porsche" aldırıb qoyur altına”

!Reklam – Yazi

Xalq artisti, tanınmış aktyor Ağaxan Salmanlını aldadıblar.

Yenicag.az-a açıqlama verən aktyor əsəbiləşdiyini deyib: “İki rejissor məni seriala çəkəcəyini bildirib, çəkiliş məkanına dəvət etdi. Biri ilə elə “Whatsapp”da yazışdıq. Dedi ki, sizi seriala çəkmək istəyirik, bu qədər qonorar veriləcək. Elə bir məbləğdir ki, o rəqəmi görəndə öz-özümə xəcalət çəkdim. Biabırçılıq idi. O biri də zəng edib çağırdı, rol barədə danışdı, axırda da dedi ki, pulumuz yoxdur. Hirsimdən az qala insult keçirəcəkdim. Ə, adama deyərlər pulun yoxdur. Vaxtımı, enerjimi niyə alırsan? Elə telefonda de ki, cındır gündəyik, verməyə pulumuz yoxdur. Mən də qaxılım oturum yerimdə. Yuli Qusman məni filminə çəkdi, qısa epizodlara görə mənə 1500 dollar qonorar verdi. Amma bunlar mənə dəyər vermir”.

Xalq artistinin əsəbi bununla da soyumayıb:

“Onlar düşünmür ki, xalq artistini çağırıb pulsuz-parasız filmə çəkmək ayıbdır. Deyəsən, onların fikri o gözəl modellərə, yaraşıqlı qızlara gedib. Həmin gözəlləri pul maraqlandırmır, təki film olsun, soyunsunlar. Açıq-saçıq səhnələrə çəkilsinlər, məşhurlaşsınlar. Məşhurlaşandan sonra da, yarım milyonluq “Porsche” alıb, qoyacaqlar altına. Ona pulsuz çəkilmək sərf edir, mənə sərf etmir axı”.

Cəvahir

www.yenicag.az

4088
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv