Xalq artisti Brilliant Dadaşovanın “Instagram” hesabında etdiyi paylaşım qarşıdurma yaradıb.
Yenicag.az xəbər verir ki, onun özünü pop-diva Aygün Kazımovaya oxşatdıqlarını yazıblar. Bu isə Aygün və Brilliantın fanatları arasında qarşıdurmaya səbəb olub.
Tərəflər arasında başlayan “söz atışması” qarşılıqlı təhqirlərə keçib:
“Burada gic-gic “Brilliant Aygündən sonra belə geyindi” yazanlar getsin sənətkarın 25-30 il əvvəl olan konsertlərini gözlərinə soxsunlar;
Brilliant Ddaşova səhnəyə çıxan gündən hamı hər şeyi ondan öyrənir. Oxumağı da ondan öyrənsydilər, yaxşı olardı. O da mümkün olan şey deyil;
Aygün səhnəyə çıxdığı gündən Brilliant özünü ona bənzədib;
1990-cı ildən bəri Aygünün “Şəklimi çək” klipinin səhəri günü Brilliant transparan paltar geyinib, saçını qaraltdı…”
“Hərəsinin öz yeri var, könül bulandırmaq lazım deyil”, – deyə fanatları sakitləşdirməyə çalışan izləyicilər də basqıya məruz qalıblar.
Qalmaqal yaradan görüntünü təqdim edirik:
Nehru