!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən AĞIR İTTİHAM: “Fahişə adətlərin mahir ifaçısıdırlar...” - FOTO

!Reklam – Yazi

“Bu insanabənzər məxluqların hamısı elə bil ki, bir ata-ananın belindən gələn övladlardır”.

Yenicag.az xəbər verir ki, xalq artisti Yasin Qarayev sosial şəbəkə hesabında paylaşdığı statusda ağır ittihamlar səsləndirib. Tanınmış aktyor ürəyini boşaltsa da, ünvan göstərməyib:

“Güldən arı da şirə çəkir, ilan da. İntəhası, arının çəkdiyindən bal olur, ilanın çəkdiyindən zəhər. Atalar məsəli… Elə bil ki, Yaradan bilərəkdən bütün canlıları ikiüzlü yaradıb. Sözün düzü, mən “ikiüzlü” insanları çox görmüşəm.

Lakin nərdtaxta zəri kimi 6 üzü olan insanlara da rast gəlmişəm. Özü də bu insanabənzər məxluqların hamısı elə bil ki, bir ata-ananın belindən gələn övladlardır. Hamısında eyni xislət, eyni təfəkkür, eyni də düşüncə tərzi var.

Yəni yaltaq, yalançı, etibarsız, çörəyi dizinin üstündə olan ləyaqətsiz, “sürüskən” insanlar… Onu da deyim ki, belələrinin çoxu xüsusi istedada malik olurlar.

Özünüistətmək, qılığına girib rəğbətini qazanmaq kimi fahişə adətlərin mahir ifaçısıdırlar. Həm də belələrindən uzaq gəzmək qəti mümkün deyil. Çünki iraq olsun, onlar özləri gəlib səni tapırlar”.

Nehru

www.yenicag.az

8375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv