Reklam

Reklam

Xalq artisti, tanınmış aktrisa Elmira Şabanova Azərbaycanda çəkilən serialları tənqid atəşinə tutub.

Yeniçağ.Az-a açıqlama verən aktrisa yerli ekran əsərlərində əksər süjetlərin Türkiyə seriallarından oğurlandığını iddia edib:

“Mən adətən əcnəbi və Türkiyə kanallarına baxıram, arada öz kanallarımıza çevirirəm. Yerli seriallara baxıram, çünki aktrisa olaraq mənə çəkdiklərimiz maraqlıdır. Görürəm, hətta musiqi, qəhrəmanların istifadə etdikləri sözlər belə türk seriallarından oğurlanıb. “Kara sevda”da eşitmişəm o musiqini. Seriallarda sünilik çoxdur. ATV-də nümayiş olunan “Günəşim ol” serialı var. Kənd həyatından bəhs edir, amma baxırsan ki, kasıb adam villada lüks həyat yaşayır. Yenə biznesmen olsaydı, inandırıcı olardı.

Digər tərəfdən ən dəhşətlisi budur ki, bizim serialların əsəriyyətində vurmaq-öldürmək təbliğ olunur. Axı bu seriala uşaqlar da baxır, onlar pis örnək götürür. Qəhrəmanlar üstündə silah gəzdirir, küçədə qabağına çıxanı qətlə yetirir. Biz axı xeyirxah xalqıq, bu seriala baxan nə düşünər? Buna görə də seriallar üçün səviyyəli ssenarilər yazılmalıdır. Uşaq-muşaq gəlib serial üçün ssenari yazanda, nəticə də belə olacaq. Rövşən İsaxın çəkdiyi serialların ssenarisi barədə bir söz deyə bilmərəm, amma peşəkarcasına çəkilib”.

 

Cəvahir Səlimqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 81
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."