Xalq artistindən doğum günü ETİRAFI: “Bu, insanın özünə verdiyi təsəllidir”

“Məncə, insanın özünə verdiyi bir təsəllidir alın yazısı”.

Bu sözləri doğum günü olan tanınmış aktyor, Xalq artisti Qurban İsmayılov Yenicag.az-a açıqlamasında təəssüratını bölüşərkən deyib.

Yaradıcılıq taleyində özünü xoşbəxt sayan aktyor “həyatda “kaş ki”ləriniz çox olubmu?” sualını da cvablandırıb:

“Təbii ki, hansısa obrazları oynayardım. Amma elə bir rol olmayıb, arzulayım, amma oynamayım. Yaradıcılıq həyatımdan çox razıyam.

Həyatda da “kaş ki”lərim çox olmayıb. Həyatdır, yaşayırıq. Ağlıma gəlməyib ki. oturum fikirləşim, kaş belə yox, belə olaydı. Allah hər kəsin alnına bir yazı yazıb və o xətt üzrə gedirik. Alın yazısına inanıram. Bəlkə də mənə sərf edir deyə, inanıram. Məncə, insanın özünə verdiyi bir təsəllidir alın yazısı. Bir də görürsən, heç gözləmədiyin halda hansısa hadisə baş verir və deyirsən, qismət belə imiş. Bu həyatda heç nə öz-özünə baş vermir, qurban olum Allaha”.

“Bəs rəqəmlərin necə sizin üçün önəmi varmı?” sualına aktyorun cavabı belə olub:

“Rəqəmlər artdıqca təbii ki, qocalırıq. Gələn il təqaüdə çıxıram. Yəni qocaldıqca bir az məyusluq olur. Yaş üstə yaş gəldikcə daha həssas olursan, düşüncəyə dalırsan, səhhətdə problemlər artır”.

Cəvahir

COP29