Xalq artistindən DUYĞUSAL PAYLAŞIM: “Rəbbim, sənə dua edərkən …” – FOTO

Tanınmış aktrisa, Xalq artisti Firəngiz Mütəllimova doğulub boya-başa çatdığı Şuşa şəhərini ziyarət edib.

Yenicag.az xəbər verir ki, sənətçi məşhur Gövhər ağa Məscidinin önündə çəkdirdiyi şəklini sosial şəbəkə hesabında paylaşıb.

O, fotosunu “Şuşada səhər tezdən sənə dua edərkən ürəyimdən keçən hər şey tək bir sənə agah idi. Mərhəmətli, gözəl rəbbim, hər şeyə görə sənə təşəkkürümü və şükürlərimi bildirirəm” şərhi ilə təqdim edib.

Fotonu təqdim edirik:

Nehru