Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xalq artistindən iddia: “Onlar pula görə…” - Video

Tanınmış aktyor Hacı İsmayılov seriallara çəkilməməsinin səbəbini açıqlayıb.

Yenicag.az-a açıqlama verən aktyor seriallara çəkilmək istədiyini, amma dəvətlərin olmadığını bildirib:

“Gərək dəvət olsun ki, biz də seriallara çəkilək. İndiki cavan rejissorlar tanınmış sənətkarları öz seriallarında çəkməyə risk eləmirlər. Görünür, bunun da səbəbləri var. Qorxurlar ki, yüksək məbləğdə qonorar istəyərik, bunu verməyə gücləri çatmaz. Mən kinoda bəlli bir mərhələ keçmişəm və hər zaman səviyyəmi qorumağa çalışmışam. Amma maraqlı ssenari olsa, çəkilərəm”.

Xalq artisti indiyədək cəmi bir serialda çəkildiyini deyib:

“Yerli seriallardan yalnız “Bir ailəm var” serialına çəkildim. Qonorar yüksək olmasa da, razı qaldım. Başqaları ilə müqayisədə az deyildi. Əslində mən o seriala pula görə çəkilmədim, içimdəki yaradıcılıq hisslərinə görə razılıq verdim. Aktyor həmişə çəkiliş meydanında olmaq istəyir axı”.

Cəvahir
Yenicag.az

www.yenicag.az

700
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100