Xalq artistindən illər sonra ETİRAF: “Ən böyük arzum idi, amma qismət olmadı”

“Çox istərdim ki, kinoda o obrazı yaradım, amma qismət olmadı…”.

Bunu tanınmış aktrisa, Xalq artisti Xalidə Quliyeva Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa Milli Kino Günündə “yaradıcılığınız dönəmundə arzuladığınız , amma oynamadığınız obrazlarınız olubmu” sualını cavablandırıb:

“Hər bir aktyor və aktrisanın yaşadığı müddətdə arzuladığı, amma oynamadığı rollar var. Hamı kimi məndə də olub. Gənclik illərimdə “Mamaşa Kuraş” obrazı var idi, çox sevirdim o obrazı. Brextin əsəridir. Bir də Janna Dark. Ən böyük arzum idi ki, kinoda Janna Darkı oynayım. Amma qismət olmadı. Bunun üçün elə bir də şərait yaranmadı. Lakin arzular bu gün də var.

Bu gün ən böyük arzum azərbaycanlı xanıma məxsus olan əxlaqi mənəvi dəyərləri özündə cəm edən, mərifətli, cəsarətli, mərd, təmkinli bir xanım obrazını – dünyanın ən gözəl anasını oynamaq istərdim”.

Cəvahir