“Xəyanət görən qadın həyat yoldaşından ayrılmamalıdır, dözməlidir…”
Yenicag.az xəbər verir ki, bu sözləri xalq artisti, tanınmış rəqqasə Roza Cəlilova xəyanətə uğrayan xanımlarla bağlı fikirlərini bölüşərkən deyib.
Rəqqasə həyat təcrübəsinə əsaslanaraq ailənin xoşbətliyi naminə və ən əsası ailədə böyüyən uşaqlara görə xəyanətə göz yummağı xanımlara məsləhət görüb:
“İnsan öz həyat yoldaşını heç nəylə dəyişməməlidir. Övladlarının gələcəyini düşünməlidir. Ailə həmişə xoşbəxt olmalıdır. Axı evdə uşaqlar böyüyür. Var elə nadanlar həyat yoldaşlarına xəyanət edir. Amma olmaz, bu, ailəyə xoşbəxtlik gətirmir. Xəyanət görən qadın həyat yoldaşından ayrılmamalıdır, dözməlidir. Uşaqlara görə bağışlamağı da bacarmalıdır. Səhv addım atıb, yarı yoldan qayıdanlar da var”.
Xalq artisti vaxtilə həyat yoldaşının da gözəl xanımlara qarşı biganə olmadığını etiraf edib:
“Hamının gözü məndə olanda, həyat yoldaşımın gözü onda-bunda idi…”
Xalq artisti bu sözləri “Açıq söhbət” verilişində deyib.
Cəvahir