Xalq artistindən insult keçirməsi və dilinin tutulması xəbərinə REAKSİYA: “Nə üzümdə deformasiya var, nə də…”

“Nə üzümdə deformasiya var, nə də başqa ciddi fəsad. Hər şey yaxşıdır. Dilim tutulsa, necə danışardım sizinlə? Nitqimdə də bir problemim yoxdur…”

Bu sözləri iki həftə əvvəl insult keçirdiyi, dilinin tamamilə tutulduğu, üzündə deformasiya olduğu barədə yayılan xəbərə münasibət bildirən Xalq artisti, tanınmış müğənni Nisə Qasımova Yenicag.az-a açıqlamasında deyib.

İllərin sənətkarı hazırda evdə olduğunu və heç bir problemi olmadığını bildirib:

“İnsan xəstələnər də… Noyabr ayında insult keçirmişəm. Həmin vaxt səhhətimlə bağlı müalicə aldım. İndi çox yaxşıyam. Məxsusi olaraq həkimim Esmira Qafarovaya minnətdarlığımı bildirirəm, onun sayəsində insanların düşündüyü kimi ağır vəziyyətdə deyiləm. Nə üzümdə deformasiya, nə də başqa ciddi fəsad var. Nitqimdə də eşitdiyiniz kimi heç bir problem yoxdur”.

Qeyd edək ki, Xalq artistinin iki həftə öncə insult keçirdiyi, dilinin tamamilə tutulduğu, üzündə deformasiya olduğu barədə xəbər yayılıb.

Cəvahir