Xalq artistindən nazirə MÜRACİƏT: “Təklif edirəm ki…”

“Çox çətin və gərgin iş rejimində işləyən və uğurlar qazanan bu teatrın hələ də heç bir statusu yoxdur”.

Bu sözləri tanınmış aktyor, Xalq artisti Yasin Qarayev Yenicag.az-a açıqlamasında deyib.

O, teatrın hələ də digər teatrlar kimi “ milli”, “akademik” status almamasından narahatlığını ifadə edib. Aktyor nazirə müraciət edib:

“Deyilənə görə, teatrımız 1928-ci il çi il oktyabr ayının 5-də, Xalq Maarif Komissarlığının qərarı ilə fəaliyyətə başlayıb. Deməli, gələn ayin 5-i teatrın 95 yaşı tamam olur. Gənc Tamaşaçılar Teatrı “Milli” dövlət statusuna çoxdan layiqdir. Buradan Mədəniyyət Nazirinə müraciət edirəm. Təklif edirəm ki, milli Azərbaycan teatrının inkişafında böyük əməyi olan Gənc Tamaşaçılar Teatrına “Milli” dövlət statusu verilsin”.

Cəvahir