Xalq artistindən OĞURLUQ: “Xahiş edirəm, məni…”

Xalq artisti, tanınmış müğənni Şahnaz Haşımovanın “Instagram” hesabı oğurlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə sənətçi açıqlamasında bildirib.

Səhifəsi bərpa oluna bilmədiyindən o, yeni səhifə yaratmaq məcburiyyətində qalıb:

“Əziz dostlarım və əziz məni izləyənlər, “Instagram” hesabım oğurlanıb və bağlanıb. Xahiş edirəm, yeni səhifəmdə məni izləyəsiniz”.

Bir müddət öncə müğənni Əbdül Xaliq də “Instagram” hesabının oğurlandığı barədə məlumat vermişdi.

Nehru