Xalq artistindən QƏTİ QƏRAR: “Onların olduğu verilişlərə getməyəcəm”

“Bu günə qədər verilişlərə dəvət alanda şərtim olmayıb. Amma bu gündən sonra mən də qabaqcadan şərt kəsəcəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq artisti, tanınmış xanəndə Zabit Nəbizadə deyib.

O, verilişlərə dəvət alanda qonaqların kimliyi ilə maraqlanacağını və özünə uyğun bilmədiyi sənətçilərlə eyni verilişdə olmayacağını bildirib:

“Bir də görürsən, hansısa verilişə dəvət edirlər, gedib, görürəm cavan uşaqlardır. Özümü həmin yerdə narahat hiss edirəm. Bunu əsla təkəbbürlülük kimi qəbul etməsinlər. Öz səbəblərim var. Olub ki, hansısa verilişə getmişəm, narazı qalsam da, bunu büruzə verməmişəm. Aparıcı bunu hiss edib və üzrxahlıq edib ki, bağışlayın, deyəsən, qonaqlarla sizə rahat deyil.

İndən belə şərtim olacaq, elə cavan uşaqlarla məni eyni verilişə çağırmaqdansa, öz tələbələrimlə birgə çağırsınlar. Çünki tələbələrim elədir ki, yanımda səhv də oxusalar, onlara irad tuta biləcəm. Həm də onlar utanıb çəkinməzlər, sərbəst oxuyarlar. Amma digər gənclər yanımda sıxıla bilərlər və bu da ifalarına öz təsirini göstərər.

Efirdə milyonlarla izləyicilərin qarşısanda onlara irad tutsam, yaxşı çıxmaz. Yalandan tərifləsəm, mənə ayıb olar, deyərlər, illərlə sənətdə olan Zabit Nəbizadə yalandan kimlərisə tərifləyir, “bəh-bəh nə gözəl oxudun”, deyir. Bu yaşımda belə şeylər mənə yaraşmaz”.

Cəvahir

COP29