!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən qəti tələb: "Bu məsələdə adımın hallanmasını istəmirəm"

!Reklam – Yazi

Hər zaman qalmaqallardan uzaq olan xalq artisti Fidan Hacıyeva sənəti ilə gündəmdə qalmağın tərəfdarıdır.

Yenicag.az-a açıqlama verən sənətçi, vaxtını və enerjisini sırf musiqiyə sərf etdiyini deyir:

“Heç vaxt qalmaqallara, söz-söhbətə, dedi-qodulara qatılmıram və belə şeylərdən uzağam. Adımın da belə məsələlərdə hallanmasını istəmirəm. Ancaq yaradıcılığımla məşğulam. İşlərim o qədər çoxdur ki…

Mən sənət adamıyam. Mayda Londonda konsert proqramı ilə çıxış edəcəm. Üzeyir Hacıbəylinin tələbəsi Ədilə Hüseynzadənin unudulmuş romanslarını ifa edəcəm. Dəfələrlə xarici ölkələrdə solo konsertlər vermişəm, bu da silsilə konsertlərimin davamı olacaq. Eyni zamanda, tələbələr yetişdirirəm. Onları böyük səhnələrə hazırlayıram. Məqsədim Azərbaycan musiqisini dünyada təmsil və təbliğ etməkdir. Bu missiyaya xidmət edirəm”.

Cəvahir

www.yenicag.az

1851
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv