Xalq artistindən ŞAD XƏBƏR: “Həmişə arzum olub ki…”- AÇIQLAMA

Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov “PÖFF Tallinn Black Nights” adlı nüfuzlu beynəlxalq festivalda “Ən yaxşı aktyor” nominasiyasına layiq görülüb.

Aktyor təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Əlbəttə azərbaycanlı aktyor olaraq bu xəbəri alanda çox sevindim. Həmişə arzum olub ki, Azərbaycanda çoxlu filmlər çəkilsin və sorağı nüfuzlu beynəlxlaq festivallardan gəlsin. Çünki nə qədər kəmiyyət çox olsa, keyfiyyət də o qədər çoxalar. Bir var 30-40 film çəkilsin, onun içindən ən yaxşısı seçilsin, bir də var az çəkilsin. Onda seçim etmək də çətin olur.
Mükafata layiq görülən bu filmdə həbsxana həyatından sonra evə qayıdan ata obarızını canlandırıram. Müxtəlif vasitələrlə oğlumun həyatına müdaxilə etməyə çalışıram. Obraz daşıdığı məna yükünə görə maraqla qarşılandı və münsiflərin diqqətini çəkdi”.

Qeyd edək ki, aktyor rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmində çəkildiyi obraza görə mükfatlandırılıb.

Əsas rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər.

Cəvahir