!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən SƏRT AÇIQLAMA: “O müğənniləri Azərbaycandan qovmaq lazımdır”

!Reklam – Yazi

“O müğənnilər efirə çıxıb tərbiyəsizliyi yayırlar, xalqın zövqünü korlayırlar. Bu, cinayətdir…”

Bunu Yenicag.az-a açıqlamasında tanınmış bəstəkar, Xalq artisti Oqtay Rəcəbov deyib.

Bəstəkar bu gün bayağı mahnıların daha çox yayıldığını və insanların zövqünün korlandığını təəssüf hissi ilə bildirib:

“İndi müğənnilər də mahnı yazmağa başlayıblar. Toya gedirlər, öz yazdıqları keyfiyyətsiz mahnılarla toy tuturlar. Özləri yazıb, özləri oxuyub insanların da zövqünü korlamaqla məşğuldurlar. Sonra da efirlərə ayaq açırlar. Bəzi savadsız insanlar da baxır, elə bilirlər, elə keyfiyyətli musiqi, yəqin, budur. O vaxtlar belə müğənnilər efirə çıxa bilməzdi. Çünki bədii şuralar fəaliyyət göstərirdi və o şuranın nəzarəti var idi. İndi baxırsan, elə səviyyəsiz mahnılar efirlərdə səsləndirilir. Buna görə də heç o telekanallara baxmıram da, çünki baxanda qanım qaralır. Mədəniyyət Nazirliyi onlara nəzarət etməlidir”.

Xalq artisti yeni çıxan müğənnilərlə bağlı kəskin fikirlər səsləndirib:

“Mən o təzəçıxan müğənnilərin heç birini tanımıram, heç tanımaq da istəmirəm. Çünki heç biri oxuyan deyil. Mən uzun illər İlhamə Quliyeva, Flora Kərimova kimi müğənnilərlə çalışmışam. Onların oxuduqlarının hamısı hitə çevrilib.

Efirlər o dırnaqarası müğənnilərə yer verməsələr, həm xalqın zövqü inkişaf edər, həm musiqimiz. Təəsüflər olsun ki, məşhur şeirdə deyildiyi kimi, tərsinə dövran edir indi. O müğənnilər efirə çıxıb tərbiyəsizliyi yayırlar, xalqın zövqünü korlayırlar. Bu, cinayətdir. Onlar xalqın zövqünü kormalamaqla böyük cinayət törədirlər. Elə müğənniləri Azərbaycandan qovub çıxarmaq lazımdır”.

Cəvahir

www.yenicag.az

1440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv