Xalq artistindən SƏRT AÇIQLAMA: “Sizi elə sındırarlar ki, biabır olarsınız”

“Baxır ki, sənəti yoxdur, düşünür ki, bəlkə, qalmaqalla tutuzdura bilər. Fikirləşirlər ki, bəlkə, bu yolla yadda qalalar…”

Bunu tanınmış müğənni, Xalq artisti Bilal Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O bu gün sənətlə deyil, daha çox qalmaqalla gündəmə gələn müğənnilərdən danışıb və onlar barəsində sərt fikirlər səsləndirib:

“Əslində, sənətlə şəxsiyyət üst-üstə düşməlidir. Qalmaqalla çox uzağa getmək olmaz. Mən həmişə sənətdə qalmaqalın əleyhinə olmuşam. Sənətdə savadınla, mədəniyyətinlə öyünə bilərsən, musiqini dərindən bilməyinlə gündəmə gəlməlisən, notu, muğamları bilməlisən. Elə müğənnilər var, efirə yalnız qalmaqal, dedi-qodu etmək üçün çıxır. Bahalı maşınını, pulunu-parasını reklam edir. Sənət adamı yalnız sənəti ilə reklam olunmalıdır. Baxırsan, orada-burada əxlaqsızlıqla pul qazanır, amma sənətkarın qarşısında meydan oxumaq istəyirlər. Belələri sənəti hörmətdən salır. Bu, ədalətsizlikdir, haqsızlıqdır. Vallah, böyük sənətkarlar onlardan abır-həya edir”.

Xalq artisti onlara ismarış yollayıb:

“Elələri bilməlidir ki, belə əxlaqsız yollarla sənətə gəlmək, pul qazanmaq və sənətkarların qarşısında meydan sulamaq lazım deyil. Bir gün sizi elə sındırarlar ki, biabır olarsınız. Görün bu gün nə qədər əxlaqsızlıqla məşğul olanların videogörüntüləri yayılır. Heç nə gizlin qalmır”.

Cəvahir