Xalq artistindən SƏRT İRAD: “Hər hoppanıb-düşən adam rəqqasə deyil”

“Hər əlini qaldırıb nəsə bir hərəkət edən, hər hoppanıb-düşən adam rəqqasə ola bilməz”.

Bu fikirləri Xalq artisti, tanınmış rəqqasə Təranə Muradova “Bu gün rəqs sənətini gözdən salan rəqqasələr varmı”, sualını cavablandırarkən Yenicag.az-a açıqlamasında deyib.

O, bu sənətdən xəbəri olmayan, amma özünü rəqqasə kimi təqdim edən insanlara da səslənib:

“Yalnız peşəkarlara rəqqasə demək olar, hər yoldan ötənə yox. Hər əlini qaldırıb nəsə bir hərəkət edən, hər hoppanıb-düşən adam rəqqasə ola bilməz. Rəqs sözü gözəllik, yaratmaq, sözsüz ifa etmək deməkdir. Xalqımıza zövq vermək, gözəllik, mədəniyyət aşılamaq deməkdir. Hər dövrdə olub. İndi də var elə insanlar ki, onlara elə gəlir ki, toyda əlini qaldıran hər şəxs rəqqasə ola bilər. İstənilən sənətə aiddir.
Sənətkar sözü o adama şamil olunur ki, o, böyük məktəb keçib, bu sənətə ürək qoyub. Təhsil və peşəkarlıq çox önəmlidir. Rəqqasə olmaq istəyi ilə ali təhsil ocağına gələnlər çoxdur. 18 yaşında özfəaliyyətə getməyən, uşaqlıqdan məktəb keçməyən hər yoldan keçən “mən rəqqasəyəm”, yaxud da “rəqqasə olmaq istəyirəm”, deyir. Yox, bu sənəti təmsil etmək üçün məktəb keçmək lazımdır. Uşaqlıqdan başlamaq lazımdır ki, gələcəkdə bu sənəti zirvələrə ucalda biləsən. Rəqqasə olmaq istəyənlərə də demək istəyirəm ki, bu sənətə hörmət edin. Təkrar edirəm, bu, hoppanıb-düşmək sənəti deyil”.

Cəvahir

COP29