Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Xalq artistindən SƏRT İRAD: ""Yurfak"ı bitirib, kino çəkir"

“Bu gün keçmişdəki kimi mükəmməl filmlər çəkə bilmirlər, çünki peşəkar kino rejissorlar yoxdur”.

Bunu nədən bu gün peşəkar kino nümunələrinin çəkilməməsi ilə bağlı sualımızı cavablandıran tanınmış aktyor Xalq artisti Tariyel Qasımov Yenicag.az-a açıqlamasında deyib.

Aktyor qeyri-peşəkarların kino aləminə ayaq açdıqlarını təəssüf hissi ilə qeyd edib:

“Baxırsan ki, biri “yurfak”ı, digəri ədəbiyyat, riyaziyyat fakültəsini bitirib, başlayırlar kino çəkməyə. Adını da qoyur rejissor. Onlara elə gəlir ki, kino çox yüngül və asan sahədir, hamı kino çəkə bilər. Amma milli kinomuzun şedevrlərini çəkən rejissorların hər biri Moskvada Kino İnstitutunu bitirənlər olub. Hətta oranı bitirib gələnlər məşhur kinorejissorların yanında təcrübə də keçirdilər. Amma indi heç Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirməyənlər, ümumiyyətlə, ali təhsili olmayanlar ortaya düşüblər ki, kino çəkirik. Bir dəfə Naibə Allahverdiyeva mənə zəng etdi ki, 20 bölümlük film çəkirlər, baş rolda mən olacağam, təklif etmişəm ki, həyat yoldaşımı sən canlandırasan. Rejissor səninlə görüşmək istəyir. Getdim görüşdüm. Üç nəfər gənc oğlan gəldi, heç məni tanımırdılar da. Rejissor, operator və filmin direktoru kimi özlərini təqdim etdilər. Dedim Eldar Quliev, yoxsa Oqtay Mirqasımovun kursunu bitirmisiniz? Dedilər, biz orta məktəbi bitirmişik. Dedim bəs sizi kim maliyyələşdirir? Qayıtdı ki, atam. O biri də fotoqraf idi. Dedim gedin, işinizlə məşğul olun. İndi vəziyyət belədir. Görürsüz, seriallar baş alıb gedir. Amma peşəkar rejissorların işi bəyənilir”.

Cəvahir

www.yenicag.az

283
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100