Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov yeni seriallarda görünməməsinə münasibət bildirib.
Yenicag.az-a açıqlama verən aktyor seriallara dəvət aldığını, lakin çəkilmək istəmədiyini deyib:
“Seriallarda rol alanların çoxu peşəkarlar yox, rejissorların qohum-əqrəbası və qeyri-peşəkarlardır. Onlara da uzaqbaşı 20-40 manat qonorar verirlər. 20 manata görə seriala çəkilənlər var. Məni də dəvət edirlər, amma razılıq vermirəm. Xətirlərinə dəyməmək üçün yox demirəm, yüksək qonorar istəyirəm, qaçırlar. Bilirəm ki, onsuz da o pulu mənə verə bilməyəcəklər. Amma mən Arzu Əliyevanın dəstəyi ilə çəkilən “Miras” filmində rol aldım. Milyonçu roluma görə ürəyim istəyən qonorarı verdilər. Hər çəkiliş günü üçün 400-500 manat pul aldım. Sənətkarı dəyərləndirmək budur”.
Cəvahir