Xalq artistindən SƏRT SÖZLƏR: “O evi tikən…”

Türkiyədə təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatında keyfiyyətsiz binaların da böyük rol oynaması həm qardaş ölkə, həm də Azərbaycan gündəmində xüsusi yer tutur. İnsanlar şəxsi mənfəəti naminə tikinti normativlərinə cavab verməyən çoxmərtəbəli binaların inşasına qərar verən şirkət rəhbərlərinin cinayət məsuuliyyətinə cəlb olunmasını tələb edir.

Yenicag.az xəbər verir ki, tanınmış sənət adamları da bu mövqedən çıxış edərək, insanların kütləvi ölümünə səbəb olan bu məsuliyyətsizliyə qarşı fikirlər səsləndirir.

Xalq artisti, tanınmış aktyor Nurəddin Mehdixanlı sosial şəbəkə hesabında paylaşım edərək, fikirlərini Babil Kralı Hammurabinin məşhur deyimi ilə ifadə edib:

“Çürük yapılan ev yıkılırsa ve sahibi ölürse, evi yapan usta öldürülsün…” – Hammurabi Kanunları – M.Ö. 1972”.

Aktyor belə binaların inşasına qərar verən şirkət rəhbərlərinin cinayət məsuliyyətinə cəlb olunması üçün səslənib.

Nehru