!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən SƏRT SÖZLƏR: “Qadına əl qaldıran kişi...”

!Reklam – Yazi

“Güclü kişi qadına əl qaldırmaz, onu döyməz, təhqir etməz”.

Bunu son vaxtlar qadınlara qarşı artan zorakılıq halları ilə bağlı fikirlərini bölüşərkən tanınmış aktyor, Xalq artisti Yasin Qarayev Yenicag.az-a açıqlamasında deyib.

Aktyorun sözlərinə görə, boşanma zamanı hər iki tərəf – qadın və kişi mədəni davranışa üstünlük verməlidir:

“Qadına əl qaldırmağı cahillik sayıram. Qadının döyülməsi, təhqir olunması, aşağılanmasını kəskin şəkildə pisləyirəm. Boşanmağın özü də normal şəkildə olmalıdır. Təəssüf ki, Azərbaycanda belə deyil. Avropada bunun sivil forması var. Ərlə arvad arasında münaqişə olursa, bir yerdə yaşamağı mümkünsüz sayırlarsa, hüquqi yolla bu məsələni həlll edirlər. Loru dillə ifadə etsəm, səninki səndə, mənimki məndə. Hətta boşandıqdan sonra da münasibətlərini dost kimi davam etdirirlər. Bizdə isə boşanan kimi düşmənə çevrilirlər.

Kişinin həyat tərzi, düşüncəsi başqadırsa, qadınla kişi bir-biri ilə uyğun gəlmirsə, xarakterləri fərqlidirsə, normal şəkildə ayrılmaq lazımdır. Qadını döymək kişinin zəifliyidir. Güclü kişi qadına əl qaldırmaz. Qadın sevgi, nəvaziş üçün dünyaya gəlib. Qadını qorumaq, sevmək, əzizləmək lazımdır. Rəsul Həmzətovun gözəl sözü var, deyir ki, ey qadınlar, dünyada sizi üç kişi sevirsə, biri mənəm. İki kişi sevirsə, biri mənəm. Üç kişi sevirsə, yenə də biri mənəm. Yox əgər heç bir kişi də sevmirsə, onda bilin ki, Rəsul ölüb. Bu fikir böyük məna yükü kəsb edir”.

Aktyor özü ilə də bağlı fikirlərini bölüşüb:

“Bir insan olaraq əsəbi, hövsələsiz, bir az da tez inciyən adamam. Yaranmış mübahisəli vəziyyətdə 100 faiz özümü haqlı bilirəmsə, ilk addımı mən atmıram. Yəni belə vəziyyətdə güzəştə getmirəm. Ta ki qarşı tərəf səhvini etiraf etməyincə. Amma hər şeyə rəğmən, heç vaxt xanımıma əl qaldırmamışam”.

Cəvahir

www.yenicag.az

695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv