Xalq artistinə AĞIR İTKİ: “Allaha dua edirdim ki, ömrü bir az da uzansın”

Xalq artisti Təranə Muradovaya ağır itki üz verib.

Yenicag.az-a açıqlama verən xalq artisti həyat yoldaşının qəfildən dünyasını dəyişdiyini bildirib:

“Mənim can dostum, əzizim, yarım getdi. Hər gün Allaha dua edirdim ki, ömrü bir az da uzansın. Bu səhər onu itirdim”.

Xalq artisti həyat yoldaşının koronavirusa yoluxduğunu , lakin sonradan sağalsa da səhhətinin yenidən pisləşdiyini deyib:

“Koronavirusa yoluxmuşdu, amma sağaldı. Ürəyi, böyrəyi, ciyəri sonradan işləmədi. Mənim əzizim əlimdən getdi”.

Cəvahir