Xalq artistinə AĞIR İTKİ: ”Onu xilas edə bilmədik” – FOTO

Tanınmış aktrisa, Xalq artist Xalidə Quliyevaya ağır itki üz verib. Aktrisanın qardaşı uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Ağır itkidən sarsılan aktrisa kədərini Yenicag.az-a bölüşüb:

“On bir ay idi ki, xəstə idi, özəl xəstəxanalarda, hospitallarda müalicə alırdı. Qaraciyər serrozu idi. Eyni zamanda şəkər, qan xəstəlikləri də var idi. Amansız xəstəlik qardaşımdan əl çəkmədi, müalicələr kömək olmadı və onu xilas edə bilmədik. Bir gün, bir saat belə onu tək qoymadım. Bu itki mənim üçün çox ağrılıdı, sözlə ifadə edilməyəcək qədər ağırdı. Bu xəstəlik 2 ay çəkir, amma qardaşımın ömrünü 11 aya qədər uzada bildik. Son iki gündə dəhşətli ağrıları oldu. Amma buna baxmayaraq ağrılarını bizdən gizlədirdi. Ailəsinə, qızına vəsiyyətini də etmişdi. Dedi, mən gedirəm, amma narahat olmayın”.

Cəvahir