Xalq artistinə HAQSIZLIQ: “Bu, nə biarçılıqdır belə?”

“Bir yandan pandemiya, bir yandan dava-dərman xərci, bir yandan da haqsızlıq insanı lap əldən salır. Əsəbdən bilmirəm neyləyim. Belə biabırçılıq olar?”

Bunu Yenicag.az-a açıqlamasında haqsızlıqla qarşılaşan xalq artisti, tanınmış aktyor Ənvər Həsənov deyib.

Aktyor problemlə üzləşdiyini, evdə yaşamadığı halda, ona kommunal xərclər üçün qəbzlərin gəldiyini bildirib:

“Mart ayından bəri Biləcəridəki evimdə yaşamıram. Bunu bütün qonşular da təsdiq edə bilər. Şüvəlanda prezidentimizin mənə hədiyyə etdiyi evdə qalıram. Amma Biləcəridəki evdə yaşamadığım halda, mənə su və işıq pulu qəbzləri gəlir. Martdan bəri görün nə qədər pul edir. Anlaya bilmirəm, o evdə yaşamadığım halda, bu necə ola bilər? Qapı da bağlı. Hələ ki, pandemiyaya görə evdən çıxa bilmirəm, virusdan qorunuram. Bir neçə dəfə əlaqədar qurumlara zəng edib maraqlanmışam, demişəm, axı bu, nə biabırçılıqdır, düz-əməlli cavab verən də yoxdur. Onsuz da pandemiyadır, dünya təlaş içindədir, insanlar maddi-mənəvi sıxıntı yaşayır. Bir yandan da onlar mənə gərginlik, əsəb yaşadıb, ziyan vururlar. Olmaz axı belə”.

Cəvahir