Xalq artisti, tanınmış aktyor Taryel Qasımovun doğum günüdür.
80 illik yubileyini qeyd edən aktyor təəssüratlarını Yenicag.az-la bölüşüb:
“Rəqəmlərin mənim üçün əhəmiyyəti yoxdur. 80 yel olub, yanımdan ötə də bilməz. Yenə əvvəlki kimi yaraşıqlı, xarizmatik və sevgi doluyam. Əsas olan ruh halıdır”.
Xalq artisti ilk hədiyyəni rusiyalı dostundan aldığını deyib:
“İlk hədiyyəni mənə Moskvadan operator dostum göndərdi. Mart ayında da teatrda yubileyim qeyd olunacaq. Yeni obrazlar yaratmaq arzusundayam”.
Cəvahir