!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistinə xanımından hədiyyə

!Reklam – Yazi

Xalq artisti, tanınmış aktyor Şamil Süleymanlının doğum günüdür.

63 yaşını tamamlayan aktyor təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Deyirəm yaxşı ki, bu sosial şəbəkə var, səhərdən hamı təbrik edir. Amma mən heç vaxt doğum günlərimi, hətta yubileylərimi belə qeyd etməmişəm. Çünki xoşum gəlməyib. Elə dostlar-tanışlar, qohum-əqrəba təbrik edib. Adam var e, 80 yaşında özünə bir təmtəraqlı doğum günü keçirir ki, gəl görəsən. Qoca kişiyəm, bunun nəyini qeyd edim axı?”

Hədiyyələri sevdiyini deyən xalq artisti ilk hədiyyəni xanımından və qızından alıb:

“Sevdiyim ətirlər var. Xanımım və qızım hər il olduğu kimi, bu il də mənə həmin ətirlərdən alıb bağışladılar”.

Arzularından danışan aktyor həmişə filmlərə çəkilmək istədiyini dilə gətirib:

“Aktyor üçün ən böyük hədiyyə oynadığı rollara görə aldığı tamaşaçı alqışlarıdır. Mən də filmlərə çəkilmək istəyirəm. Film olmayanda çox darıxıram və özümə yer tapa bilmirəm. Aktyor onda xoşbəxt olur ki, vaxtını yalnız çəkiliş meydançasında keçirir”.

Cəvahir

www.yenicag.az

5338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv