!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistini maşın vurub - Dəhşətli qəzanın təfərrüatı - VİDEO

!Reklam – Yazi

Xalq artisti, tanınmış aktrisa Fatma Mahmudova ölümdən dönüb.

Yenicag.az xəbər verir ki, aktrisa ağır qəza keçirib, onu maşın vurub. F.Mahmudova bu barədə ARB-nin “Səhər-səhər” verilişində qonaq olarkən deyib:

“Çox ağır qəzada ölümdən döndüm. Allah mənə kömək oldu”.

Verilişin aparıcısı Elgiz də aktrisanın qəzadan sonrakı görkəmi barədə danışıb:

“10 gün əvvəl bir məclisdəydim. Fatma xanım gəldi, ay Allah nə gündəydi, dəli oldum. Dedim bu qadına nə olub görəsən? Ağır qəza keçirmişdi, sürünə-sürünə də olsa, məclisə gəldi. Nə olmuşdu, maşın vurmuşdu sizi”.

Aktrisa bu barədə danışmaq istəmədiyini bildirib: “Danışmaq istəmirəm, guya danışanda nə olacaq ki? Əsas Allahdır. Yetimə gəl-gəl deyən çox olar, çörək verən az. Bu yaxınlarda ağır əməliyyat olundum, başıma bu iş gəldi. Mən belə şeylərlə reklam olunmaq istəmirəm”.

Nehru

 

www.yenicag.az

5177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv