!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalq artistinin 90 illik yubileyi

!Reklam – Yazi

10392Dekabrın 20-də, saat 19.00-da Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Məlik Dadaşovun 90 illik yubileyinə həsr edilmiş Xatirə gecəsi keçiriləcək.

Tədbirin ssenari müəllifi Əməkdar Mədəniyyət İşçisi Atababa İsmayıloğlu, rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyovdur.

Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin və Akademik Milli Dram Teatrının aktyoru, Xalq Artisti Hacı İsmayılovun aparıcılığı ilə baş tutacaq tədbirdə görkəmli aktyor Məlik Dadaşovun sənət dostları, tələbələri, ailə üzvləri, kino və teatr tədqiqatçıları çıxış edəcək, aktyorun çəkildiyi filmlərdən və oynadığı tamaşalardan parçalar nümayiş olunacaq.

(gun.az)

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv