Xalq artistinin dəfn olunacağı məlum olub

Ötən gün vəfat edən Azərbaycanın teatr rejissoru, Xalq artisti Ağakişi Kazımovun harada dəfn olunacağı məlum olub.

Yenicag.az xəbər verir ki, Xalq artisti “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

Mərhumun yaxınları tərəfindən bildirilib ki, dəfndən əvvəl Təzə Pir məscidində A.Kazımovla vida mərasimi keçiriləcək.

A.Kazımov mərhum Xalq artistləri Arif Quliyev, Rafiq Hüseynov (Rəmiş) və Yaqub Zurufçunun yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti A.Kazımov 1935-ci il noyabrın 28-də anadan olub. O, oktyabrın 8-də vəfat edib