Xalq artistinin ƏBƏDİ SEÇİMİ: “Qalib prezidentim hər dəfə deyəndə ki mən ata vəsiyyətini…”

“Azərbaycan ərazilərini məhz İlham Əliyevin Ali Baş Komandanlığı altında işğaldan azad etdik”.

Bu fikirləri 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı düşüncələrini bölüşən “Şöhrət” ordenli Xalq artisti Niyaməddin Musayev Yenicag.az-a açıqlamasında deyib.

O, qarşıdan gələn seçkilərdə yeganə namizədinin İlham Əliyev olduğunu bildirib:

“İlham Əliyev əbədi prezidentimizdir, yeganə seçimim yalnız odur. Bu gün Azərbaycan müstəqil dövlətdən bütöv Azərbaycana döndü. Bunu edən qalib sərkərdə İlham Əliyevdir.

Müstəqilliyi qazanmaq olar, amma ən çətini onu qoruyub saxlamaqdır. Azərbaycan ərazilərini məhz İlham Əliyevin Ali Baş Komandanlığı altında işğaldan azad etdik. Bu gün Qarabağda qürurla Azərbaycan bayrağı dalğalanır.

Azad olunan torpaqlarımızda yenidənqurma işləri aparılır, Vətən torpaqları cənnətə dönüb. Bütün bunları Azərbaycan fatehi İlham Əliyev gerçəkləşdirib. Qalib prezidentim hər dəfə deyəndə ki mən ata vəsiyyətini yerinə yetirdim, qürurdan gözlərim dolur, fərəh hissindən ürəyim köksünə sığışmır.

İlham Əliyevin Azərbaycan naminə gördüyü işlər, apardığı uğurlu siyasət göz qabağındadır. Biz xoşbəxt xalqıq ki, Xankəndi stadionunda futbol oyununu izləyə bilirik. Arzu edirəm, Azərbaycan dövlətinin qüdrəti gün-gündən artsın. Hər yerdə qürurla Azərbaycan söylənir, xalqımızın zəfərindən söz edilir, bundan böyük xoşbəxtlik ola bilməz”.

Cəvahir

COP29