Xalq artistinin ƏN BÖYÜK ARZUSU: “Ölənə qədər…”

“Baxmayaraq ki, səhhətimdə müəyyən problemlər var, amma filmə, seriala çəkilmək istəyirəm. Bunun üçün gücüm, enerjim var”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktrisa Lətifə Əliyeva açıqlamasında deyib.

Aktrisa yeni rollar yaratmaq arzusunda olduğunu, lakin istəklərinin reallaşmadığını bildirib:

“Aktyor, aktrisa elədir ki, ölənə qədər səhnədə, çəkiliş meydançasında olmaq istəyir. Mən də zamanında gözəl rollar oynamışam. Bu gün də oynamaq istəyirəm. Rejissorlardan təklif alsam, məmnuniyyətlə çəkilərəm. Amma dəvətlər olmur. Buna mane olan sənət adamları var. Xəbərlər gəlib mənə də çatır. Deyirlər, o, oynadığını oynayıb, sənət aləmində etdiyini edib. Demirəm ki, mənə konkret hansısa rolları verin. Yaşıma uyğun ana, nənə obrazlarını oynaya bilərəm. Əgər çəkilsəm, onda səhhətimdə də irəliləyişlər olar. Aktrisa yeni rollara çəkilmədikcə, özünə qapanır, əsəb keçirir”.

Cəvahir