Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Xalq artistinin nəvələrinin çox  - ÖZƏL FOTOLARI

Xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımovun nəvələri ilk dəfə görüntüləniblər.

Məşhur babaları ilə birgə Kino Günü ilə bağlı keçirilən tədbirə qatılan nəvələr Yenicag.az-ın fotokamerasına tuş gəliblər. Tədbirə qatılan nəvələrdən biri xalq artisti, Rus Dram Teatrının aktrisası Ayan Mirqasımovanın yeganə övladı Ceyrandır. 17 yaşlı Ceyran bu il Bakı Rəssamlıq Akademiyasına qəbul olunub.

Xalq artisti ilə birgə tədbirə qatılan digər nəvəsi isə kinorejissorun İsraildə yaşayan qızı Rəna Mirqasımovanın övladı Rahilədir. 23 yaşlı Rahilə İsrail universitetlərindən birində regionşünaslıq ixtisası üzrə təhsil alır.

Qeyd edək ki, Oqtay Mirqasımovun iki qız övladı, üç nəvəsi var. Nəvələrdən heç biri ailə qurmayıb.

Saytımıza açıqlama verən Rahilə xalası, Xalq artisti fəxri adına layiq görülən Ayan Mirqasımovanın dəvəti ilə tədbirə qatıldığını deyib:

“Xalam Xalq artisti fəxri adına layiq görülüb. Bu xəbər təntənəli şəkildə elan olundu. Xöş günündə xalamın yanındayam. Xalam və babamla qürur duyuram”.

Cəvahir
Yenicag.az

www.yenicag.az

1276
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM